Qulyabanı
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Esmira İlyas |
| Korrektor: | Arzu İsmayıl |
| Texniki redaktor: | Aytən Paşayeva |
| Üz qabığının dizayneri: | Zülfiyyə Abbasova |
| Seriya: | Onlar (Çağdaş xarici ədəb.) |
| Nəşr ili: | 2024 |
| Ölçü: | 120x190 mm |
| Səhifə sayı: | 168 |
| Cild: | Yumşaq |
| ISBN: | 9789952557459 |
Təsvir
Hüseyin Rahmi Gürpınarın “Qulyabanı” romanı mistika ilə realizmin ustalıqla birləşdirildiyi qorxu hekayəsidir. Kitab işini itirəndən sonra çörəkpulu qazanmaq üçün yeni iş axtarışına başlayan gənc Muhsinedən bəhs edir. Bir gün təsadüfən rastlaşdığı, anası qədər sevdiyi qadının “köməy”i onun həyatını tamamilə dəyişir. Beləcə o, lənətli bir malikanəyə düşür. Burada divarların arasında cinlər və pərilər at oynadır, hər küncdən qəribə səslər gəlir və hər yeni gün qızı dəli olmaq həddinə çatdırır. Bu zərif istanbullu qızı qeyri-adi varlıqların əmrlərinə tabe olub onlara xidmət edəcəkmi? Yoxsa malikanədən xilas olmağın yolunu tapacaq? Əsər boyunca oxucu cinlər, pərilər və izahı çətin hadisələrlə üz-üzə qalır. Müəllif bu mistik hadisələrin fonunda həm də cəmiyyətin xurafatlara meylini, qorxu və inancın insan üzərindəki təsirini incə şəkildə tənqid edir.
Rəy yazmaq üçün giriş edin.