Məlikməmmədin nağılı
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Səbuhi Şahmursoy |
| Korrektor: | Dürdanə Ramazanlı |
| Texniki redaktor: | Sevda Qulamova |
| Üz qabığının dizayneri: | Gülnar Hacıyeva |
| Seriya: | Balabilgə Nəşrləri |
| Nəşr ili: | 2021 |
| Ölçü: | 120x160 mm |
| Səhifə sayı: | 32 |
| Cild: | Yumşaq |
Təsvir
“Azərbaycan nağılları” silsiləsi uşaqları xalqımızın zəngin şifahi xalq ədəbiyyatı ilə tanış edir. Seriyada əsrlər boyu nəsildən-nəslə ötürülən nağıllar sadə və axıcı dillə təqdim olunur. Bu nağıllarda xalqımızın qədim dünyagörüşü, ümumiləşdirilmiş qəhrəman obrazları, xeyirlə şərin əbədi mübarizəsi, müdriklik, cəsarət və ədalət kimi mənəvi dəyərlər maraqlı hadisələr vasitəsilə oxuculara çatdırılır. Kitabda xalqımızın ən məşhur və sevilən nağıllarından biri olan “Məlikməmmədin nağılı” yer alıb. Nağılda padşahın bağçasından almaları oğurlayan divlə mübarizəyə qalxan igid və ağıllı Məlikməmmədin macəraları təsvir olunur. Üç qardaşdan yalnız Məlikməmməd atasının əmanətini qorumaq və divlərlə döyüşmək üçün cəsarət göstərir. Ağılı, qətiyyəti və igidliyi ilə o, çətin sınaqlardan keçərək qələbəyə doğru addımlayır. Kitabda əlavə olaraq “Güloğlanın nağılı” da verilib.
Rəy yazmaq üçün giriş edin.