Kimliyi bəlli olmayan qadınlar
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Azad Qaradərəli | Cəlil Cavanşir |
| Korrektor: | Nizami Hüseynov |
| Texniki redaktor: | Rövşən Yerfi |
| Üz qabığının dizayneri: | Tamerlan İsmayılzadə |
| Seriya: | Nobelçilər |
| Nəşr ili: | 2020 |
| Ölçü: | 135x200 mm |
| Səhifə sayı: | 152 |
| Cild: | Yumşaq |
Təsvir
Patrik Modianonun adı 2014-cü ildə ədəbiyyat üzrə Nobel mükafatını qazanana qədər dünya oxucusuna o qədər də tanış deyildi. Mükafatdan sonra isə onun əsərləri bütün dünyada böyük maraq doğurdu. Nobel Akademiyası fransız yazıçını "işğal altında həyat tərzinin insan taleyinə təsirinin dərkinə yönələn xatirələri məharətlə təsvir etdiyinə görə" mükafata layiq gördü. “Kimliyi bəlli olmayan qadınlar” romanında da məhz II Dünya Müharibəsindən sonrakı insanların taleyi əks olunub. Əsər üç müstəqil hekayədən ibarətdir. Hər üç hekayədə müharibədən sonrakı Fransada yaşayan üç qadının taleyi izlənilir. Onlar sanki bir əlin barmaqları kimidirlər – müharibənin, itkilərin və ağır həyat şəraitinin kimliyi bəlli olmayan insanlara çevirdiyi qadınlar. Kitabda müharibənin uzun illər sonra belə sağalmayan yaraları, dərin lirizm və psixoloji detallar üstünlük təşkil edir.
Rəy yazmaq üçün giriş edin.