Kərəmcan ixtira izində
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Əlabbas Bağırov |
| Korrektor: | Səbinə Abdulla |
| Rəssam: | Əhməd Dəmirdaş |
| Texniki redaktor: | Aytən Paşayeva |
| Üz qabığının dizayneri: | Tamerlan İsmayılzadə |
| Seriya: | Balabilgə Nəşrləri |
| Nəşr ili: | 2022 |
| Ölçü: | 135x200 mm |
| Səhifə sayı: | 152 |
| Cild: | Yumşaq |
| ISBN: | 9789952557190 |
Təsvir
“Kərəmcan ixtira izində” balaca oxucuları dostluq, ailə sevgisi və kəşflərlə dolu maraqlı bir dünyaya aparan əyləncəli və öyrədici əsərdir. Kitabda doğum gününü heç vaxt sinif yoldaşları ilə qeyd edə bilməyən Kərəmcanın ən böyük arzusunun gerçəkləşməsi, onun dostları və ailəsi ilə münasibətləri səmimi və maraqlı hadisələr fonunda təqdim olunur. Müəllif interaktiv üslubdan istifadə edərək oxucuları da hekayənin bir hissəsinə çevirir, onları düşünməyə, öyrənməyə və əylənməyə təşviq edir. Əsər boyunca uşaqların elmə, biliyə, yeniliklərə və ixtiralara olan marağı diqqət mərkəzində saxlanılır, onların araşdırmaq və kəşf etmək həvəsi dəstəklənir. Kitab eyni zamanda uşaqlara təbiətlə ünsiyyətin, ətraf aləmi müşahidə etməyin və öyrənməyin vacibliyini aşılayır.
Rəy yazmaq üçün giriş edin.