Kaşaba
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Xan Abdulla | Ayşən Zeynallı |
| Korrektor: | Arzu İsmayıl |
| Texniki redaktor: | Aytən Paşayeva |
| Üz qabığının dizayneri: | Zülfiyyə Abbasova |
| Seriya: | Onlar (Çağdaş xarici ədəb.) |
| Nəşr ili: | 2026 |
| Ölçü: | 120x190 mm |
| Səhifə sayı: | 200 |
| Cild: | Yumşaq |
| ISBN: | 9789952596519 |
Təsvir
Kitabda müasir Qırğızıstan yazıçısı Sultan Rayevin iki romanı yer alıb. “Kaşaba” həyatı keşməkeşli keçən canavarın hekayəsidir. Əsər onun taleyi fonunda vəhşi təbiətin sərt qanunları, yaşamaq uğrunda mübarizə və azadlıq duyğusunu təsvir edir. Kaşaba bir zamanlar insanların dostu olub. Onların təbiətə müdaxiləsi, ovçuluq və qorxu amili canavarın həyatını dəyişir. Hekayə boyunca oxucu həm canavarın baxış bucağını, həm də insanların onlara olan münasibətini görür. “Kaşaba” emosional təsirə və simvolik məzmuna malikdir. Kitabda yer alan ikinci əsər “Əlində günəş tutan oğlan”dır. Bu əsərdə Ağıldankəm deyilən saf qəlbli oğlanın dünyaya baxışı, xəyalları və həyatın sərt həqiqətləri ilə qarşılaşması təsvir olunur. Əsər oxucunu insanlıq, mərhəmət və vicdan kimi ali dəyərlər üzərində düşünməyə vadar edir.
Rəy yazmaq üçün giriş edin.