İskəndərnamə
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | f.ü.f.d., dos. Şəmil Sadiq |
| Korrektor: | Aytac Əliyeva |
| Rəssam: | Nərmin Kazımova |
| Texniki redaktor: | Aytən Paşayeva |
| Üz qabığının dizayneri: | Tamerlan İsmayılzadə |
| Seriya: | Balabilgə Nəşrləri |
| Nəşr ili: | 2024 |
| Ölçü: | 160x240 mm |
| Səhifə sayı: | 144 |
| Cild: | Yumşaq |
| ISBN: | 9789952557589 |
Təsvir
“İskəndərnamə” kitabı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan eyniadlı poemasının uşaqlar üçün sadələşdirilmiş və nəsrlə təqdim olunan versiyasıdır. Bu nəşr klassik Şərq ədəbiyyatının ən qiymətli əsərlərindən birini balaca oxucular üçün daha anlaşıqlı şəkildə təqdim edir. “Şərəfnamə” və “İqbalnamə” adlı iki hissədən ibarət olan əsərdə Makedoniyalı İskəndərin həyatı, yürüşləri, peyğəmbərliyi, müdrikliyi və elmə olan marağı ilə bağlı müxtəlif hadisələr təsvir olunur. Nizami Gəncəvi bu obraz vasitəsilə ədalətli idarəçilik, bilik, hikmət və ideal cəmiyyət haqqında düşüncələrini oxucuya çatdırır. Bu kitabı oxumaqla uşaqlar həm Nizami Gəncəvinin zəngin yaradıcılığı ilə tanış olacaq, həm də düzgün qərar vermək, xeyirxahlıq, insanpərvərlik, dürüstlük və məsuliyyət kimi mühüm dəyərləri mənimsəyəcəklər.
Rəy yazmaq üçün giriş edin.