İnsan necə insan oldu I
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Cavid Qədir |
| Korrektor: | Səbinə Abdulla |
| Texniki redaktor: | Aytən Paşayeva |
| Üz qabığının dizayneri: | Tamerlan İsmayılzadə |
| Seriya: | Elmi-kütləvi ədəbiyyat |
| Nəşr ili: | 2023 |
| Ölçü: | 120x190 mm |
| Səhifə sayı: | 240 |
| Cild: | Yumşaq |
| ISBN: | 9789952557176 |
Təsvir
“İnsan necə insan oldu” kitabı insanın milyonlarla il davam edən inkişaf yolundan bəhs edir. Əsərdə insanın hələ meşələrdə yaşayan primat olduğu dövrdən başlayaraq müasir insana çevrilənədək keçdiyi təkamül mərhələləri sadə dildə izah olunur. Kitabda insanın təbiətə, iqlim dəyişikliklərinə və müxtəlif təbii fəlakətlərə necə uyğunlaşdığı, əmək fəaliyyəti və yaratdığı alətlər vasitəsilə həyatını necə dəyişdirdiyi ətraflı şəkildə təsvir edilir. M.İlin (Marşak İlya Yakovleviç) və Y.Seqalın (Yelena Aleksandrovna Seqal) elmi-kütləvi üslubda qələmə aldığı bu əsər insanın mənşəyi və inkişafı ilə maraqlanan hər kəs üçün maraqlı və faydalı mənbədir. İlk dəfə Azərbaycan dilində təqdim olunan kitab “Yaşıl elm” platforması və “Hədəf Nəşrləri”nin birgə layihəsi çərçivəsində nəşr edilib.
Rəy yazmaq üçün giriş edin.