Günəşin nağılı
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Səbuhi Şahmursoy |
| Korrektor: | Dürdanə Ramazanlı |
| Texniki redaktor: | Sevda Qulamova |
| Üz qabığının dizayneri: | Gülnar Hacıyeva |
| Seriya: | Balabilgə Nəşrləri |
| Nəşr ili: | 2021 |
| Ölçü: | 120x160 mm |
| Səhifə sayı: | 32 |
| Cild: | Yumşaq |
Təsvir
“Azərbaycan nağılları” silsiləsi uşaqları xalqımızın zəngin şifahi xalq ədəbiyyatı ilə tanış edir. Seriyada əsrlər boyu nəsildən-nəslə ötürülən nağıllar sadə və axıcı dillə təqdim olunur. Bu nağıllarda xalqımızın qədim dünyagörüşü, ümumiləşdirilmiş qəhrəman obrazları, xeyirlə şərin əbədi mübarizəsi, müdriklik, cəsarət və ədalət kimi mənəvi dəyərlər maraqlı hadisələr vasitəsilə oxuculara çatdırılır. Bu kitabda xalqımızın qədim və sehrli nağıllarından biri olan “Günəşin nağılı” verilib. Bir gün Günəş çox yorulur və yataqdan qalxmaq istəmir. Dünya qaranlığa qərq olur. Quşlar, heyvanlar və insanlar Günəşi oyatmaq üçün növbə ilə onun yanına gedirlər. Tovuzquşu, Bülbül, Tutuquşu və Xoruzun Günəşlə söhbətləri həm gülməli, həm də çox mənalıdır.
Rəy yazmaq üçün giriş edin.