Bizi izlə

XAN Nəşriyyatı Gözqamaşdırıcı zülmət

Gözqamaşdırıcı zülmət

Müəllif:
Qiymət
7 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Korrektor: Asifə Əfəndi
Texniki redaktor: BəxtiYar
Üz qabığının dizayneri: Tamerlan İsmayılzadə
Seriya: Klassika
Nəşr ili: 2018
Ölçü: 135x200 mm
Səhifə sayı: 220
Cild: Yumşaq

Təsvir

Artur Köstlerin “Gözqamaşdırıcı zülmət” romanı XX əsrin ən sarsıdıcı siyasi-psixoloji əsərlərindən biridir. Kitabın bütün personajları uydurulsa da, onların taleləri və davranışlarını formalaşdıran qanlı tarixi şərait tamamilə gerçəkdir. Baş qəhrəman N.Z.Rubaşovun faciəli hekayəsi Stalin repressiyalarının zirvəsi sayılan “Moskva prosesləri” zamanı məhv edilmiş onlarla bolşevik liderin həyatının ümumiləşdirilmiş və dərin psixoloji təhlilidir. Müəllif bu insanlardan bəzilərini şəxsən tanıyırdı və kitabı məhz onlara həsr edib. Roman totalitar rejimin insanı necə məhv etdiyini, ideologiyanın vicdanı necə boğduğunu, yalanın və zorakılığın “parlaq gələcək” adı altında necə hökmranlıq etdiyini dəqiqliklə göstərir. Aydınlıq və zülmətin, inam və xəyanətin, güc və acizliyin sərhəddində keçən bu hekayə oxucunu dərindən silkələyir.

Müəllif haqqında

Müəllif seçilməyib

Rəy yazmaq üçün giriş edin.