Əhməd Cavad – "Şükriyyəm"
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Korrektor: | Esmira İlyas |
| Rəssam: | Ruhulla Həsənzadə |
| Texniki redaktor: | Aytən Paşayeva |
| Üz qabığının dizayneri: | Zülfiyyə Abbasova |
| Seriya: | Buta (Milli klassika) |
| Nəşr ili: | 2025 |
| Ölçü: | 120x190 mm |
| Səhifə sayı: | 96 |
| Cild: | Yumşaq |
| ISBN: | 9789952557787 |
Təsvir
Azərbaycan ədəbiyyatının istiqlal şairi, görkəmli maarifçi və ictimai xadim Əhməd Cavad bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalıb. Sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı, həyat yoldaşı Şükriyyə xanıma həsr etdiyi şeirləri sevgi hisslərinin heyrətamiz poetik ifadəsidir. Cümhuriyyətçi-maarifçi ədiblər arasında Əhməd Cavadın xüsusi yeri var. O, istər şəxsiyyəti, istərsə də yaradıcılığı ilə dönməzlik, mübarizlik simvoludur. Əhməd Cavadın ölkənin, xalqın problemlərini dilə gətirən ağrılı şeirləri ilə yanaşı, igidləri cəngə səsləyən marşları da unudulmamalıdır. Onu da yaddan çıxarmamalıyıq ki, “Milli marş” adı altında qələmə aldığı şeir Cümhuriyyətin də, Respublikamızın da Dövlət Himnidir.
Rəy yazmaq üçün giriş edin.