Ədəbiyyatda postmodernizm: oyun estetikası
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Nizami Hüseynov |
| Redaktor: | Cavid Qədir |
| Korrektor: | Esmira İlyas | Arzu İsmayıl |
| Texniki redaktor: | Aytən Paşayeva |
| Üz qabığının dizayneri: | Tamerlan İsmayılzadə |
| Seriya: | Düşüncə |
| Nəşr ili: | 2024 |
| Ölçü: | 148x210 mm |
| Səhifə sayı: | 208 |
| Cild: | Yumşaq |
| ISBN: | 9789952566963 |
Təsvir
Ülvi Babasoy bu kitabda modernizm və postmodernizm kimi mürəkkəb ədəbi cərəyanları sadə və anlaşıqlı üslubda təqdim edir. Müəllif postmodernizmin əsas xüsusiyyətləri olan oyun estetikası, əyləncəlilik, posthumanizm, posthəqiqət kimi anlayışları dərindən araşdırır. Dekonstruksiya, intertekstuallıq, dekanonizasiya, çoxsəsli estetika, metatekstuallıq, hipertekstuallıq kimi komponentləri nəzəri səviyyədə izah etməklə yanaşı, Türkiyə, Azərbaycan və Avropa ədəbiyyatından konkret bədii mətnlərlə dəstəkləyir. Kitab nəzəriyyə ilə praktikanın uğurlu vəhdətidir. Elmi-akademik üslubla ilə bədii-estetik düşüncənin birləşməsi onu həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün maraqlı və oxunaqlı edir. “Ədəbiyyatda postmodernizm: oyun estetikası” vəsaiti postmodernizm, müasir ədəbiyyat nəzəriyyəsi və ədəbi proseslərlə maraqlanan hər kəs üçün konseptual və dəyərli qaynaqdır.
Rəy yazmaq üçün giriş edin.