Dəhnələr
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Cavid Qədir |
| Korrektor: | Səbinə Abdullayeva |
| Texniki redaktor: | Sevda Qulamova |
| Üz qabığının dizayneri: | Tamerlan İsmayılzadə |
| Seriya: | Onlar (Çağdaş xarici ədəb.) |
| Nəşr ili: | 2021 |
| Ölçü: | 135x200 mm |
| Səhifə sayı: | 172 |
| Cild: | Yumşaq |
Təsvir
Soeyro Pereyra Qomezin “Dəhnələr” kitabı sosial bərabərsizlik, insan taleyi və həyatın sərt reallıqları üzərində qurulan təsirli romanlarından biridir. Kitab kasıb bir kəndin sakinlərinin, xüsusilə uşaqların acınacaqlı və keşməkeşli həyatından bəhs edir. Gündəlik həyatın ağır şərtləri, yoxsulluğun gətirdiyi çətinliklər və ümidlə ümidsizlik arasında qalan insan taleləri əsərin əsas xəttini təşkil edir. Varlılarla kasıblar arasındakı kəskin fərqləri əsaslı şəkildə işıqlandıran müəllif sosial ədalətsizliyi, personajların daxili dünyasını psixoloji çalarlarla təsvir edir və onların daxili “mən”inə qapı açır. İnsanın təbiət və ölüm qarşısında nə qədər zəif və fani olduğunu anlayan yazıçı, eyni zamanda kapitalizmin sərt, amansız üzünü bütün çılpaqlığı ilə oxucuya göstərir.
Rəy yazmaq üçün giriş edin.