Çıxışlar
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Cavid Qədir |
| Korrektor: | Səbinə Abdulla |
| Texniki redaktor: | Aytən Paşayeva |
| Üz qabığının dizayneri: | Tamerlan İsmayılzadə |
| Seriya: | Məşhurlar |
| Nəşr ili: | 2023 |
| Ölçü: | 125x195 mm |
| Səhifə sayı: | 256 |
| Cild: | Yumşaq |
| ISBN: | 9789952566406 |
Təsvir
“Çıxışlar” “Məşhurlar” silsiləsinin səkkizinci kitabıdır və tarixin gedişatını dəyişən, ölkələrə, xalqlara və bütövlükdə bəşəriyyətə yeni istiqamət verən ən təsirli natiqlik nümunələrini təqdim edir. İnsan danışmağı dinlənilmək ehtiyacından öyrənib, amma natiqlik bu ehtiyacı ən yüksək səviyyəyə qaldıraraq sözlərin gücü ilə kütlələri hərəkətə gətirib, imperiyalar qurub və ya məhv edib. Kitabda Papa II Urbanın səlib yürüşlərini başladan “Tanrı bunu istəyir!” çağırışı kimi din adına şiddət doğuran çıxışlardan tutmuş, Oppenheymerin atom bombasını əvvəlcə bəşəriyyətin xeyrinə saydığı, sonra isə “Mən ölüm oldum” etirafı ilə peşmanlığını ifadə etdiyi məqamlara qədər dərin təsirli nümunələr yer alır. Bu çıxışlar sözün nə qədər güclü, həm də təhlükəli silah ola biləcəyini göstərir. İlham Ələkbərli və Şəfa Vəlinin təqdimatında olan “Çıxışlar” toplusu oxucunu tarixin dönüş nöqtələrindəki səslərlə üz-üzə qoyaraq düşündürür.
Rəy yazmaq üçün giriş edin.