Çəhrayı çobanyastığı
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Ataqam | Esmira İlyas |
| Korrektor: | Arzu İsmayıl |
| Texniki redaktor: | Aytən Paşayeva |
| Üz qabığının dizayneri: | Teymur Fərziyev |
| Seriya: | Biz (Çağdaş yerli ədəb.) |
| Nəşr ili: | 2025 |
| Ölçü: | 135x200 mm |
| Səhifə sayı: | 296 |
| Cild: | Yumşaq |
| ISBN: | 9789952596380 |
Təsvir
Sara İbrahimin “Çəhrayı çobanyastığı” romanında hadisələr Kabardin-Balkarın paytaxtı Nalçik şəhərində və Bakıda cərəyan edir. Qumuq zadəganı Timurçin bakılı ailə dostlarının gənc qızı Leylaya ilk baxışdan aşiq olur. Onlar mürəkkəb zamanda qarşılaşırlar. Müharibə, terror, insan oğurluğu... Çətinlik təkcə bu deyil; ailədaxili münaqişələr də bu iki gəncin həyatını alt-üst edir. Timurçini kölgə kimi izləyən qaranlıq keçmişi arzularının önündə kor dalana dönüb. O bu qaranlıq döngədən çıxıb sevdiyi qızla xoşbəxt ola biləcəkmi? Oğlunun bakılı qızla evlənməyinə qarşı çıxan, onu şanlı nəslinə layiq görməyən Aybikə nəvəsi Zamirəni də sevmir, ona qarşı qəddarlıq edir. Nənəsinin soyuq davranışları, ona verdiyi sərt cəzalar Zamirədə ağır travmalar yaradır. Aybikə ikinci qız nəvəsi doğulanda əsl simasını göstərir; Leylanı iki uşağı ilə evdən qovur. Timurçin səfərdə olduğundan bütün bunlardan xəbərsiz qalır. O, Leyla və qızlarının ardınca Bakıya gedəcəkmi? Timurçin onu izləyən quldur dəstəsindən canını qurtara biləcəkmi? Zamirə yalnız xoşbəxt insanların yaşadığı o sehrli şəhərdə xəyallarına qovuşacaqmı? Kitabda terror və onun insan həyatlarını necə alt-üst etməsi, faciələrə yol açması mövzusu önə çıxır. Roman sadə, axıcı dildə yazılıb və oxucu ilk səhifədən bir-birindən maraqlı, həyəcan dolu hadisələrin axarına düşəcək.
Rəy yazmaq üçün giriş edin.