Böyük adam olmuş uşaqlar. Elm adamları-1
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Cavid Qədir |
| Korrektor: | Arzu İsmayıl |
| Rəssam: | Oğan Kandemi̇roğlu | Vasi̇f Səftərov |
| Texniki redaktor: | Aytən Paşayeva |
| Üz qabığının dizayneri: | Tamerlan İsmayılzadə |
| Seriya: | Balabilgə Nəşrləri |
| Nəşr ili: | 2024 |
| Ölçü: | 220x220 mm |
| Səhifə sayı: | 152 |
| Cild: | Yumşaq |
| ISBN: | 9789952557947 |
Təsvir
“Böyük adam olmuş uşaqlar. Elm adamları – 1” kitabı balaca oxucuları türk dünyasının görkəmli alim və mütəfəkkirləri ilə tanış edir. Əsərdə elm tarixində mühüm iz qoymuş Övliya Çələbi, İbn Sina, Fərabi, Biruni, Xarəzmi və Piri Rəis kimi şəxsiyyətlərin həyatından maraqlı məqamlar təqdim olunur. Kitabda oxucular uzun illər tibb elminə təsir göstərən İbn Sinanı, Şərqin ilk ensiklopedik alimlərindən olan Fərabini, görkəmli astronom və riyaziyyatçı Birunini, “cəbrin atası” kimi tanınan Xarəzmini, məşhur səyyah Övliya Çələbini və dünya xəritələri ilə şöhrət qazanan Piri Rəisi daha yaxından tanımaq imkanı əldə edirlər. Ən maraqlısı isə kitabın qəhrəmanları böyük alimlərin uşaq yaşlarındakı hallarıdır. Uşaqlar oxuduqca anlayacaqlar ki, bu dahi şəxsiyyətlər də bir vaxtlar xəyalpərəst uşaq olub.
Rəy yazmaq üçün giriş edin.