Aşeka
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Cavid Qədir |
| Korrektor: | Aytac Əliyeva |
| Texniki redaktor: | Aytən Paşayeva |
| Üz qabığının dizayneri: | Tamerlan İsmayılzadə |
| Seriya: | Onlar (Çağdaş xarici ədəb.) |
| Nəşr ili: | 2021 |
| Ölçü: | 135x200 mm |
| Səhifə sayı: | 156 |
| Cild: | Yumşaq |
Təsvir
Babacan Pesenkurdunun incə və poetik üslubu ilə qələmə aldığı “Aşeka” kitabı sevgi və insan duyğularını fərqli prizmalardan təqdim edən təsirli hekayələr toplusudur. Səyahətlər, sevgi və həyat haqqında saysız-hesabsız hekayələr və şeirlər yazan Babacan Pesenkurdu hər cümləsini elə incəliklə oxucuya çatdırır ki, oxuduqca düşüncələr canlanır, ifadələrdəki müdriklik və fəzilət aydın şəkildə üzə çıxır. “Aşeka” eşqini axtaran yunan kapitanın əsrlər boyu limandan-limana səyahət edən gəmisidir. Kitabdakı hər hekayədə bu gəmi var, o, müxtəlif sevgi hekayələrinə şahidlik edir. Onları birləşdirən ortaq cəhət də məhz budur. “Aşeka” sözü ağaca dolanmış sarmaşıq mənasını verir. Sarmaşıq ağaca elə sıx dolanır ki, onun suyuna şərik olur, amma eyni zamanda həm ağacı, həm də özünü məhv edir. Eşq də elə budur. Eşq ondan imtina edə bilməyənlərindir…
Rəy yazmaq üçün giriş edin.