Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00

Edqar Lourens Doktorou – Şairlərin həyatı

Bir çox nüfuzlu mükafatların – ABŞ Milli Ədəbiyyat Mükafatı (1986), “Faulkner” Mükafatı (1989), “William Dean Howells” Medalı (1990) sahibi amerikalı yazıçısı Edqar Lorens Doktorou 1931-ci ildə Bronksda (Nyu-York) yəhudi immiqrant ailəsində doğulmuşdur.

Dünya şöhrətli yazıçının “Reqtaym” (“Ragtime”), “Danielin kitabı” (“The book of Daniel”), “Ümumdünya sərgisi” (“World’s Fair”), “Şairlərin həyatı” (“Lives of the Poets”) və başqa əsərləri dünyanın bir çox dillərinə tər-cümə edilmişdir.

Ayrı-ayrı zamanlarda Amerika kino və televiziya kompaniyası olan “Columbia Pictures”də ssenari şöbəsində, “Yeni Amerika Kitabxanası”nda və “Dial Press” nəşriyyatında baş redaktor vəzifələrində işləmişdir. 1969-cu ildən sonra isə özünü bütövlüklə yaradıcılığa həsr edən Doktorou ara-sıra bəzi ali məktəblərdə mühazirələr oxumaqdan da vaz keçmədi.
Doktorounun romanlarından üçü ekranlaşdırılmışdır (o cümlədən “Danielin kitabı”). Ən məşhur romanı isə “Reqtaym”dır.

Yazıçı 2015-ci ildə 84 yaşında ağciyər xərçəngindən dünyasını dəyişmişdir.

Qiyməti 4.80
KİTABI AL
Paylaş
Edqar Lourens Doktorou – Şairlərin həyatı

Kitabın xüsusiyyətləri

  • Tərcüməçi: Vidadi Rzayev
  • Redaktorlar: Safruh, Xan Rəsuloğlu
  • Naşir: Müşfiq XAN
  • Korrektor: Asifə Əfəndi
  • Mətn tərtibatı: Fərman İsgəndərzadə
  • Texniki redaktor: BəxtiYar
  • Dizayn və qrafika: Tamerlan İsmayılzadə
  • © Edqar Lourens Doktorou. Şairlərin həyatı. Povest
  • Ölçü: 100×200 mm
  • Səhifə sayı: 104