Salam, dostum!
Bu kitab Həkim Bilgənin macəralarından bəhs edir. Hekayəni oxumaqla onun başına gələn maraqlı hadisələrlə tanış olacaq, təbabətin sirlərini öyrənəcəksən.
Hansı hadisə Bilgəni həkim olmağa həvəsləndirdi? O, həkim olmaq üçün hansı planları qurdu? Həkim olmaqla insanlara necə xidmət etmək olar?
Dostum, bu suallara cavab tapmaq üçün elə indi oxumağa başla.