Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00

“XAN Nəşriyyatı” 10 yaşında

Mar 05, 2024
“XAN Nəşriyyatı” 10 yaşında

“XAN Nəşriyyatı”nın fəaliyyətə başlamasından 10 il ötür.

Senet.az xəbər verir ki, “XAN Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyəti 2014-cü ildə təsis edilib.

Fəaliyyətə başladığı vaxtdan Azərbaycan kitab bazarına keyfiyyətli ədəbi nümunələrlə yanaşı müxtəlif elmi-publisistik, şəxsi inkişaf və motivasiya kitabları ilə daxil olmağı bacarıb.

“XAN Nəşriyyatı” dəfələrlə yerli və beynəlxalq kitab sərgilərində uğurla iştirak edib, “Fəal iştiraka görə” və “Uğurlu iştiraka görə” diplomları ilə təltif olunub.

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin həmtəsisçisi və idarə heyətinin üzvüdür. Birlik daxilində həyata keçirilən bütün kitab sərgi-yarmarkalarının təşkilində “XAN Nəşriyyatı”nın birbaşa rolu var.

Hazırda “XAN Nəşriyyatı” on altı – “Xatirə ədəbiyyatı” “Biz”, “Onlar”, “Şəxsi inkişaf”, “Detektiv”, “Şerlok Holms”, “Məşhurlar”, “Düşüncə”, “Cib kitabları”, “Klassika”, “Fantastika laboratoriyası”, “Nobelçilər”, “Şərqdə 101”, “Rusca Azərbaycan ədəbiyyatı”, “Elmi-kütləvi ədəbiyyat” – silsilə əsasında işini davam etdirir.

Bundan başqa, “XAN Nəşriyyatı” “Balabilgə Nəşrləri” alt markası altında uşaq kitablarının çapı ilə məşğuldur.