Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00

II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri məlum oldu – Siyahı

Fev 24, 2024
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri məlum oldu – Siyahı

Fevralın 24-də Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) əsas təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun (TİF) təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və “ASAN Könüllülər” Təşkilatının dəstəyi ilə II Kitabqurdu Payız Oxu Marafonunun final mərhələsi keçirilib.

Senet.az xəbər verir ki, yarış Hədəf Şirkətlər Qrupunun baş ofisində reallaşıb.

Tədbiri giriş sözü ilə açan ANAİB sədri Şəmil Sadiq marafonun təşkilindəki məqsəddən danışıb. Bildirib ki, əsas məqsəd yerli yazıçıların təbliği, kitab bazarının dirçəldilməsi və mütaliəyə təşviqdir.
Sədr öz çıxışı zamanı təşkilatçı və dəstəkçi qurumlara təşəkkür etməyi də unutmayıb.

TİF-in əməkdaşı Hüseyn Hüseynli, “ASAN Könüllülər” Təşkilatının sədr müavini Ayşən Camalova, AGMA sədri Səkinə Həsənli də öz növbələrində bu marafonların, yarışların təşkilində maraqlı olduqlarını qeyd edib, iştirakçılara uğur arzulayıblar.

Daha sonra marafonun münsiflər heyətinin üzvləri – “Qədim Qala” nəşriyyatının direktoru Şöhlət İftixaroğlu, “Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariq, “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy çıxış edərək marafonun qaydalarını izah ediblər.

Marafon müəlliflərindən olan Elçin Əzimli, Kənan Hacı, Xan və Elay öz çıxışlarında iştirakçılara uğurlar diləyib, kitablarına göstərilən etimad üçün təşəkkürlərini çatdırıblar.

Çıxışlardan sonra gərgin final oyunu start götürüb.

İki mərhələdən ibarət finalın sonunda qaliblər məlum olub:

- I yer: Ülviyyə İsrafilova;
- II yer: Aytən Məmmədova;
- III yer: Kəmalə Tağıyeva.

1 oktyabr – 1 fevral tarixlərində davam edən marafonun qalibləri müvafiq olaraq 3000, 2000 və 1000 AZN məbləğində mükafat qazanıblar.

Qeyd edək ki, yarımfinal mərhələsində on iştirakçı yarışıb, onlardan dördü final mərhələsinə keçib.

Yarımfinal mərhələsinə keçən iştirakçılar bunlardır:

Aişə Əhmədova
Aytən Məmmədova
Elxaz Hacıyev
Firuz Musayev
Kamran Qasımov
Kəmalə Tağıyeva
Şüküfə İbrahimova
Ülviyyə İsrafilova
Vüsalə Məmmədova
Yeganə Abdullayeva

Final mərhələsinə keçən iştirakçılar bunlardır:

Aytən Məmmədova
Kəmalə Tağıyeva
Ülviyyə İsrafilova
Vüsalə Məmmədova

Əlavə məlumat üçün qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi 3 mart tarixində baş tutacaq.